Bərdədə qadın ərini qətlə yetirdi

Bərdədə qadın həyat yoldaşını qətlə yetirib.
Avtosfer.az -ın xəbərinə görə, hadisə rayonun Şorəli kəndində baş verib. 27 yaşlı Aysu Çərkəzli 28 yaşlı həyat yoldaşı Nurlan Çərkəzlini boynundan bıçaqlayaraq xəsarət yetirib. N.Çərkəzli qanaxmadan vəfat edib.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, ilk olaraq N.Çərkəzli arvadını bıçaqlamaq üçün ona hücum çəkib. A.Çərkəzli də özünü müdafiə etmək üçün ərini bıçaqlayıb. Qadının xəsarətləri yüngül olduğundan onun həyatını xilas etmək mümkün olub. N.Çərkəzli isə boynundan xəsarət aldığı üçün xəstəxanaya çatdırılmamış qanitirmədən keçinib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Bərdə rayon prokurorluğundan bildirilib ki, iyulun 29-da rayonun Şorəli kənd sakini 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə məlumat daxil olub. İlkin araşdırmalarla zərərçəkmişin arvadı 1994-cü il təvəllüdlü Aysu Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Nurlan Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Aysu Çərkəzli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq davam etdirilir.(Qafqazinfo)
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












