Bərdənin raket atəşinə tutulması nəticəsində yaralananlardan dördü azyaşlıdır - FOTO

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun kasetli raketlərlə atəşə tutulması nəticəsində Qarayusifli kəndinin sakinlərindən biri azyaşlı olmaqla 4 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimi Zaur Əliyev AZƏRTAC-a bildirib ki, xəstəxanaya gətirilən 12 yaralıdan dördü də azyaşlıdır:
“Yaralılardan biri kəllə-beyin travması ilə neyrocərrahiyə şöbəsinə göndərilib. Digər xəstələr əməliyyat edilib. Hazırda vəziyyətləri orta ağırdır”.
Raketin partlaması nəticəsində qəlpə yarası alan Zərqələm Alıyeva deyib: “Həyətdə idik. Qəfildən partlayış səsi eşitdik. Sanki hər tərəf partlayırdı. Yerə uzandıq. Qalxanda gördüm sol budumdan yaralanmışam Xəstəxanaya gətirdilər. Əməliyyat olqəlpəni çıxardılar”.
Qarayusifli kəndinə raket atılması nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərovanın 3 yaşlı bacısı Tahirə İsgəndərova da yaralanıb. Balaca Tahirə əməliyyat olunub, baldırındakı qəlpə çıxarılıb.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












