"Bəşəriyyət ən böyük parçalanma dövrünü yaşayır" - Quterreş

Münxen Təhlükəsizlik Konfransında çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, hazırda dünyamız çox mürəkkəb çağırışlarla üz-üzədir, bəşəriyyət son 75 il ərzində heç vaxt olmadığı qədər parçalanıb və müxtəlif cəbhələrə bölünüb. O, “hər kəs üçün sərfəli olan qlobal nizamın” yaradılmasının zəruriliyini vurğulayıb.
Baş katib üzv ölkələrin BMT Nizamnaməsindən irəli gələn öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Yer kürəsində hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşaya biləcəyini söyləyib. Onun sözlərinə görə, təəssüf ki, hökumətlər bu öhdəliklərə məhəl qoymur, milyonlarla mülki insan bundan dəhşətli dərəcədə əziyyət çəkir, rekord sayda qaçqın meydana çıxır.
Antonio Quterreş “daha şəbəkələşmiş və inklüziv çoxtərəflilik” adlandırdığı üsulla qlobal kollektiv təhlükəsizlik sistemlərini yeniləməyi hədəfləyən və keçən ilin iyul ayında təqdim edilən Yeni Sülh Gündəliyindən bəhs edib. Bu sənəddə yer alan tövsiyələrə BMT Təhlükəsizlik Şurasında islahatların aparılması, nüvə silahlarının ləğvi ilə bağlı öhdəliklərin götürülməsi və münaqişənin qarşısının alınmasında davamlı inkişaf və iqlim fəaliyyətinə daha çox önəm verilməsi daxildir.
Baş katib bildirib ki, sülh naminə yeni gündəlik bu ilin sentyabrında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək Gələcəyin Zirvə görüşündə müzakirə olunacaq. O, 1940-cı illərdən bəri mövcud olan qlobal maliyyə institutlarının yaradılmasına istinad edərək, “qlobal maliyyə arxitekturasında islahatların aparılması üçün Bretton-Vuds proqramının lazım olduğunu” söyləyib. “Bu, xüsusən də borc içində boğulan və inkişaf etməkdə olan ölkələr üçün əsl qlobal təhlükəsizlik şəbəkəsi yaratmağa kömək edərdi”,- deyə BMT-nin rəhbəri bildirib. Onun sözlərinə görə, Gələcəyin Zirvə toplantısı bu institutları və çərçivələri həqiqətən universal və inklüziv etmək üçün dərin islahatlara olan ehtiyacı nəzərdən keçirəcək.
BMT-nin Baş katibi deyib ki, beynəlxalq ictimaiyyət problemlərin ədalətə əsaslanan həlli yolları üzərində çalışmalıdır. "Hər kəs üçün sərfəli olan daha əhatəli, mükəmməl və effektiv qlobal nizam yaratmaq imkanı həmişə var", -deyə o vurğulayıb. (unikal)
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












