Beyləqanda 10 min manatlıq oğurluq - FOTO

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Dünyamalılar kəndi ərazisindəki mağazalardan nəğd pul və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Sahib Şükürov saxlanılıb.
Araşdırma zamanı S.Şükürovun may və iyun aylarında kənd ərazisindəki mağazalara qeyri-qanuni yollarla daxil olaraq 10 min manatdan artıq nəğd pul və digər əşyalar oğurladığı müəyyən edilib. O, bu əməlləri törədərkən təhlükəsizlik kameralarına yaxalanmamaq üçün üzünü maska vasitəsi ilə gizlədib. Lakin o, polis əməkdaşlarının keçrdiyi tədbirlərlə çox çəkmədən müəyyən olunaraq istintaqa təhvil verilib.
Faktla bağlı S.Şükürov barəsində Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











