Beyləqanda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlayan və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az -a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Həsən Əmirov saxlanılıb. Onun idarəsində olan avtomobilə baxış keçirilən zaman 1 ədəd "Makarov" markalı tapança və 1 ədəd həmin tapançaya məxsus daraq aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə mal-qara oğurluğu ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla həmin şəxsin rayon sakini Elnur Gülmalıyev olduğu müəyyən edilib. E.Gülmalıyev oğurladığı iribuynuzlu heyvanları dəyərindən ucuz qiymətə sataraq zərərçəkmiş şəxslərə 5400 manat miqdarında ziyan vurub.
Adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.



Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












