Beynəlxalq Bank müştərinin əmək haqqını "oğurlayır"?- Şikayət

Azərbaycan Respublikası Beynəlxalq Bankıının qanunsuzluğundan daha bir müştəri Avtosfer.az-a şikayətini bildirib. Müştəri Ceyhun Muradov bildirir ki, onun banka borcu olduğu üçün bank onu məhkəməyə vermişdi. Məhkəmənin qərarı ilə borcun tutulması müştərinin əmək haqqına yönləndirilib. Bir müddət sonra müştəri borcu tam ödəyərək müqaviləyə xitam verilib. Borcun tam ödənilməsinə baxmayaraq Beynəlxalq Bank hələ də müştərinin əmək haqqından pul tutur. Redaksiyamıza şikayətini bildirən müştəri qeyd edir ki, hər dəfə pul tutulandan sonra banka yaxınlaşaraq yönləndirmənin dayandırılmasını tələb edir. Bankın əməkdaşları da hər dəfə yanlışlıq olduğunu qeyd edərək müştərinin pulunu geri qaytarır və bir daha belə hal baş verməyəcəyini bildirir. Çox təəssüf edirik ki, bu hal yenə də təkraralanmaqda davam edir.
Ümid edirik ki, Beynəlxalq Bankın rəhbərliyi məsələnin ciddi araşdırlıb tədbir görülməsi ilə bağlı göstəriş verəcək.
Fərid
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












