Beynəlxalq Bankın əməkdaşları müştərinin şikayətini araşdırmır- Səs yazısı

Oxuculardan biri Azərbaycan Beynəlxalq Bankının fəaliyyətsizliyi barədə redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az-a şikayətini bildirən oxucu qeyd edib ki, o, bir neçə ay bundan əvvəl Beynəlxalq Bankda olan cari hesabındakı pulları nağdlaşdırmaq üçün həmin Bankın Yasamal rayon filialına yaxınlaşıb. Bankın əməkdaşından hesabda olan bütün pulların nağdlaşdırmasını tələb etdikdən sonra kassadan pulu götürərək gedib. O, bir müddətdən sonra cari hesabını yoxlayan zaman məlum olub ki, hesabında 1 manat 89 qəpik pul qalıb. Oxucu qeyd edir ki, bankın əməkdaşı barədə baş ofisin qaynar xəttinə şikayət edərək məsələnin araşdırılmasını tələb edən zaman, 10 iş günü ərzində onunla telefon əlaqəsi yaradılacağı barədə məlumat verilib. Bankdan bu cür məlumatın verilməsinə baxmayaraq bu vaxta kimi onunla heç kim əlaqə saxlamayıb.
Şikayətçi bildirir ki, onun müraciətinə reaksiya verilmədiyi üçün təkrar olaraq Beynəlxaq Bankın qaynar xətti ilə əlaqə saxlayıb. Lakin yenə də heç bir nəticə verməyib. Vətəndaş cari hesabında qalan pulun nağdlaşdırılmasını və onun şikayətini araşdırmayan əməkdaşlar barədə tədbir görülməsini xahiş edir.
Fərid
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












