Beynəlxalq Jurnalistlər Şurası Fransadan açıqlama İSTƏDİ

Dünyanın 64 ölkəsində təmsilçisi olan Beynəlxalq Jurnalistlər Şurasının Xarici Media Məclisi bir gün öncə Fransada azərbaycanlı jurnalist Aygün Həsənovanın təzyiqlərə məruz qalmasına etiraz Bəyanatı yayıb.
Avtosfer.az-ın məlumatına görə, Qurumun Xarici Media Məclsinin sədri Elşad Eyvazlı bildirib ki, onlar jurnalistə qarşı belə bir davranışı kəskin şəkildə qınayıblar:
“Biz bütün hallarda jurnalistlərə qarşı hər cür basqı və zorakılığı pisləyirik. Ötən gün Azərbaycanın rəsmi media qurumu AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovaya qarşı olan basqılara görə Fransa hökumətindən açıqlama istəyirik.

Fransa kimi bir ölkədə jurnalistin peşəkar fəaliyyətinə maneə beynəlxalq hüquq və azadlıqlara hayqırıdır. Dünyanın siyasi mərkəzlərindən birində belə hal baş verirsə, bu bütün dünyadakı jurnalistləri məyus edir.
Heç bir əsas göstərmədən jurnalistin polis bölməsində saxlanılaraq ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq”.
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO












