Bu beynəlxalq hüquqa hörmətsizlikdir - Oqtay Əsədov

Ermənistan regionda işğalçılıq və dövlət səviyyəsində terror siyasətini davam etdirir. Bu ölkənin rəhbərliyi dəyişsə də, ənənəvi siyasəti dəyişmir.
Bunu Milli Məclisin deputatı Oqtay Əsədov deyib.
O.Əsədov bildirib ki, Ermənistanın humanitar atəşkəsin elan olunmasının 14-cü saatında Azərbaycanın ikinici böyük şəhəri olan Gəncəni raket atəşinə tutması nəticəsində uşaqlar, qadınlar, qocalar daxil olmaqla 10 nəfər həlak olub, 40-a yaxın insan yaralanıb:
“Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti beynəlxalq cinayəti bu ölkənin danışıqlara hazır olmadığının göstəricisidir.
Cəbhə bölgəsindən kənarda yerləşən şəhər və rayonlarımızın məhz Ermənistan ərazisindən atəşə tutulması məqsədyönlü şəkildə həyata keçirilir. Belə ki, düşmən ölkə bu addımı ilə Azərbaycanın da Ermənistan ərazisinə adekvat cavab verməsini, bununla da üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək məqsədi güdür.
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə əldə olunmuş humanitar atəşkəslə bağlı razılaşmadan düşmən ölkə hərbi əməliyyatlar bölgəsində öz mövqelərini yaxşılaşdırmaq üçün istifadə etməyə cəhd göstərir. Ermənistan gecə saatlarında dinc sakinlərə qarşı terror aktları törətməklə Azərbaycan xalqını qorxutmaq məqsədi güdür. Güclü ordumuz, güclü dövlətimiz qarşısında duruş gətirə bilməyən Ermənistanın siyasi rəhbərliyi törədilən təxribatlarla xalqımızı haqq yolundan döndərə biləcəyini güman edirsə, yanılır.
Sentyabrın 27-dən Azərbaycanı atəşkəsə çağıran dünya birliyi, xüsusilə ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər Gəncədə baş verənlərlə bağlı konkret mövqe ortaya qoymalıdırlar. Beynəlxalq təşkilatların bu susqunluğu elə beynəlxalq hüquqa hörmətsizlikdir.
Humanitar atəşkəsdən sonra Ermənistanın Gəncədə törətdikləri cavabsız qalmamalıdır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin də dediyi kimi, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cinayətkar əməllərinə görə cavab verməli olacaq. Xalqımız Ordumuzun, Dözlətimizin gücünə, qüdrətinə inanaraq işğalla heç vaxt barışmayacaq. Torpaqlarımızın azad olunması, ərazi bütövlüyü uğrunda sonadək mübarizə aparacağıq. Qarabağ Azərbaycandır!”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












