Bəzi aparatlardan "Bakı kart" almaq mümkün deyil - VİDEO

Paytaxtdakı dayanacaqlarda olan bəzi aparatlardan "Bakı kart" almaq mümkün deyil. Xüsusən də Zığ şossesi və Nobel prospektində olan aparatlarda bu problem özünü daha çox göstərir. Avtosfer.az-ın məlumatına görə, Nobel prospekti və Zığ şossesindəki dayanacaqlara quraşdırılan aparatların əksəriyyəti bərbad vəziyyətdədir. Hətta bəzi aparatlardan ümumiyyətlə ''Bakı kart'' almaq və ya karta pul yükləmək mümkün deyil. Bu isə həmin dayanacaqdan istifadə edən sərnişinlərin işini çətinləşdirir. Nəticədə sərnişinlər gedişhaqqı kart vasitəsi ilə ödənilən avtobuslardan istifadə edə bilmirlər. Buradakı aparatların əksəriyyətində "Bakı kart"ın məhdud istifadə üçün olan kartlarını isə ümumiyyətlə almaq mümkün deyil.
Məsələ ilə əlaqədər aparatın aid olduğu şirkətlə əlaqə saxladıq. Şirkət rəsmisi Ülviyyə Əfəndiyeva bildirdi ki, həmin problemdən şirkət xəbərdardır. Ən qısa zamanda orada olan aparatların sistemləri yenilənəcək. Artıq lazımi avadanlıqlar da sifariş verilib.
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ












