Bəzi yerlərə leysan və qar yağıb - FAKTİKİ HAVA

Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağa isə qar yağıb.
Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 47 (aylıq normanın 45 % -i), Qaxda (Sarıbaş) 37 (aylıq normanın 30 % -i), Zaqatalada 22, Oğuzda 19, Qəbələdə 17, Şahbuzda 15, Goranboy və Balakəndə 13, Lerik və Qrızda 11, Gədəbəy, Naftalan, Tovuz, Qusar, Xınalıq, Göyçay, Sədərək, Astara, Xaltan, Tərtər, Cəlilabad, Yardımlı, Quba, Mingəçevir, Naxçıvan, Ağstafa, Neftçala, Şuşa, Kəlbəcər, Biləsuvar, Daşkəsən, Altıağac, Yevlax, Sabirabad, Cəfərxan, Bərdə, İsmayıllı, Gəncə, Göygöl, Culfa, Şəmkir, Şabran, Lənkəran, Qobustan, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Füzuli, Ordubad və Şərurda 1-10 mm, Bakıda və Abşeron yarımadasında isə 5 mm-dək təşkil edir.
Mayın 14-ü saat 18:45 -18:55 radələrində Şahbuza diametri 3 mm olan dolu düşüb.
Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax, Şəki, Qəbələ, Altıağac, Qusar, Şamaxı, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 14, Aran rayonlarında 16, dağlıq rayonlarda isə 6 dərəcəyədək isti qeydə alınıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












