Biləcəri sakinlərindən etiraz: “Sağlamlığımıza yeni təhlükə mənbəyi yaranır” - VİDEO

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin sakinləri qəsəbədə yaranmış gigiyenik problemlərlə üz-üzə qalıblar.
Avtosfer.az xəbər verir ki, hazırda həmin ərazidə yerləşən “Məmmədoğulları” ASC-nin servis yerlərindən axıdılan kanalizasiya və çirkab suları yaşayış zonasının yaxınlığından keçir.
Bununla bağlı bir neçə dəfə müvafiq qurumlara, o cümlədən Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edilsə də, təəssüf ki, indiyədək heç bir tədbir görülməyib.
Sakinlər deyir ki, yaşayış zonasında azyaşlı uşaqlar gəzir, kanalın yaratdığı üfunət və antisanitariya vəziyyəti onların başqa yerdə oynamasına alternativ qoymur.
Sakinlər isti yay günlərində ərazidə zəhərli ilanların hərəkət etdiyinə şahid olduqlarını deyirlər.
Biləcəriyə gedən əsas yolun kənarından sakinlərin yaşadığı əraziyə daxil olarkən, mal-qara saxlayanların peyin tullantılarını yolun düz kənarına atması ətrafda dəhşətli üfunət qoxusunun yayılmasına səbəb olur.
Belə acınacaqlı vəziyyət sakinlərin sağlamlığı üçün gələcəkdə daha ciddi fəsadlara yol aça, müxtəlif infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər. Ona görə də, kanalın birdəfəlik ləğv olunması sakinlərin əsas tələblərindən biridir.
Sakinlər yaranmış acınacaqlı vəziyyətin tezliklə aradan qaldırılması üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər:
“Çox hörmətli cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva,
Biz sakinlər hər zaman sizi dəstəkləmişik və bu, dəyişilməz olaraq qalacaq. Binəqədi sakinləri olaraq sizin rəhbərliyiniz altında ölkəmizdə görülən abadlıq və quruculuq işlərindən razıyıq. Sizə müraciət edərək bildiririk ki, koronavirusla əlaqədar ölkəmizdə görülən karantin tədbirləri dövründə bir sıra məmurlar və şəxslər sizin yürütdüyünüz siyasətə xələl gətirməyə çalışırlar. Bu gün yüzlərlə sakinin yaşadığı bu əraziyə “Məmmədoğulları” ASC-nin servis yerlərindən kanalizasiya və çirkab suları axıdılır. Nəticədə, bizim və azyaşlı uşaqlarımızın sağlamlığına yeni təhlükə mənbəyi yaranır. Özü də bu təhlükə Bakının mərkəzinə yaxın ərazisində yaranıb.
Sizdən yeganə xahişimiz odur ki, üzləşdiyimiz bu acınacaqlı vəziyyətdən tezliklə xilas olmağımız üçün öz köməkliyinizi göstərəsiniz. Ümidimiz ancaq Sizədir!”
Ərazidən görüntüləri təqdim edirik:
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı










