Biləsuvarda narkokuryerlərə qarşı əməliyyat keçirilib - FOTO

Biləsuvarda silahlı şəxs və narkokuryerlərə qarşı əməliyyat keçirilib.
Avtosfer.az-ın verdiyi xəbərə görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Sabirabad sakini Elburus Quliyev, paytaxt sakini Təhmuraz Kazımov və Salyan sakini Hüseyn Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqrama yaxın psixotrop maddə metamfetamin və narkotik vasitə tiryək aşkar olunub. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Biləsuvar RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Şirvan sakini Vüsal Məmmədov saxlanılıb. Ondan “Beretta" markalı tapança, 5 ədəd patron və şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkarlanıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













