Binanın girişini bağlayan dönərxana - Sakinlər obyekt sahibini məhkəməyə verdi - VIDEO

Bakının Səbail rayonu, Rəsül Rza küçəsi, ev 19 ünvanında bina sakinlərinin ümumi istifadəsində olan girişin çox hissəsini bağlamaqla sakinlərin mənzillərinə gedən girişdən istifadə edilməsinə ciddi maneə törədən Dönərxana sahibi ilə sakinlər arasında yaranan narazılıq məhkəməyə qədər uzanıb. Bildirilir ki, həmin giriş eyni zamanda həyətə təcili tibbi yardım, yanğınsöndürmə vasitələrinin və digər mexaniki nəqliyyat vasitələrinin keçidinin təmin edilməsi üçün nəzərdə tutulub. Bu günə qədər keçirilən bir neçə məhkəmə prosesində, məhkəmə sakinlərin xeyirinə qərar versədə, ümidlərini itirməyən dönərxana sahibi Ali məhkəməyə müraciət edib. Son olaraq Ali Məhkəmədə hakim İlqar Dadaşovun sədirliyi ilə avqustun 8-də proses keçiriləcək.
Press.az bu barədə bir neçə dövlət qurumundan açıqlama almağa çalışıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, dönərxanalar və bu kimi abyektlər barədə icazə rayon İcra Hakimiyyəti və həmin ərazinin memarı tərəfindən verilir.
Səbail rayon İcra Hakimiyyətindən isə bildirildi ki, bu mövzu bizim diqqətimizdədir və hal-hazırda həmin dönərxanın qanuni sənədlərinin olub-olmaması və icazənin kim tərəfindən verilməsi üzərində iş araşdırılır, son nəticə olaraq araşdırmalardan sonra müvafiq addımlar atılacaq.
Həmin ərazidən şəkilləri və sənətləri sizlərə təqdim edirik.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ















