Binə qəsəbəsinin yolsuzluq problemi öz həllini tapmır- FOTO

Bakının bəzi qəsəbədaxili yollarındakı bərbad durum çoxlarına məlumdur. Uzun müddətdir ki, təmir olunmayan yollar sakinlərə problemlər yaradır. Təəssüf ki, bu problemin həlli istiqamətində atılan addımlar hələ də yaxşı nəticə verməyib. Qeyd edək ki, Prezident İlham Əliyev Bakının qəsəbədaxili yollarının təmiri ilə bağlı göstəriş verib.
Ucnoqta.az xəbər verir ki, Binə qəsəbəsi Sovxoz yaşayış ərazisində də yollar uzun müddətdir ki, bərbad vəziyyətdədir. Bir müddət öncə qəsəbənin əsas yolu təmir edilsə də küçələrarası əsas yollar təmir edilmədi. Bu da hər dəfə yağıntılı hava şəraitindən sonra bərbad mənzərənin yaranmasına səbəb olur. Yollar avtomobillərin və piyadaların hərəkəti üçün keçilməz səddə çevrilir. Məktəbə gedən uşaqların bu yollardan istifadəsi isə mümkünsüz olur. Asfaltın dağılması nəticəsində kəskin çuxurların yarandığı yollar isə hər kəsə problemlər yaradır.
Qeyd edək ki, sakinlər öz vəsaitləri hesabına yolu dəfələrlə təmir etsələr də bu yol uzun müddət davam gətirmir.
Dəfələrlə mətbuatda bu barədə yazılar yazılsa da, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi bu yolların təmiri üçün həvəsli görünmür.






Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












