Binədən şikayət: Gölməçəyə dönmüş yollar, zibil problemi - FOTO

Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yollar bərbad vəziyyətdədir. Nəqliyyat vasitələri belə yolda çətinliklə hərəkət edir. Avtosfer.az oxu.az- istinadən xəbər verir ki, bu barədə Binə qəsəbəsində yaşayan sakinlərdən biri paylaşım edib. Söhbət köhnə Binə bazarına gedən,146 nömrəli sərnişin avtobusunun hərəkət etdiyi yoldur.
Şikayətçinin sözlərinə görə, Binə qəsəbəsində demək olar ki, bütün yollar bu vəziyyətdədir:
“Hətta, yeni salınmış Ə.İsazadə küçəsində yağış yağan kimi gölməçələr əmələ gəlir. Bir az yağış yağandan sonra piyada keçidlərini keçmək mümkün deyil.
Sözügedən yoldan bir qədər irəli, sol tərəfdə “Ümid” uşaq evi yerləşir. Aidiyyəti qurumlardan bu məsələ ilə maraqlanmalarını xahiş edirəm. Bu balıq gölünə dönmüş küçələrlə uşaq evindəki uşaqlara hansı gələcəyi vəd edirik? Nə vaxta kimi belə davam edəcək?”
Sakinin sözlərinə görə, qonşular yığılıb öz hesabına küçələrə qum tökürlər.
Bundan başqa iddia olunur ki, hər cümə günü Bələdiyyənin təşkil etdiyi zibil maşını küçə qapılarına qoyulan zibil kisələrini götürmək üçün hər evdən 3 manatdan pul alır:
“Pul verməyən evlərin qapısındakı zibillər götürülmür. Hansı dövrdə yaşayırıq? Vətəndaşa belə qayğı göstərirlər?”.
Ərazi üzrə İcra Hakimiyyəti və Bələdiyyə ilə əlaqə saxlamağa çalışsaq da, heç bir nəticə əldə edə bilmədik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












