“Bir beçənin başını kəsməyən oğlum onun həyatına qəsd etdi ”

“Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması davam edir.
Avtosfer.az-ın məlumatına görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
İş üzrə mühakimə edilənlər - sabiq rektor Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyev konvoy vasitəsilə məhkəməyə gətiriliblər.
İclasda şahid qismində qətlin icraçısı olduğu iddia edilən Samir Əliyevin anası Məlahət Quliyeva ifadə verib. Samir cinayət haqda ilk dəfə elə anasına etiraf edib. Ana oğlunun günahkar olduğunu inkar etməsə də, onun tamahına qurban getdiyinə təəssüflənir. Oğlunu əziyyətlə böyüdüb-başa çatdırdığından danışan ana mərhum prorektorun ölümünə görə əzab çəkdiyini deyib: “Hər şeydən əvvəl mən anayam. Samiri min bir əziyyətlə, halal çörəklə böyütmüşəm. Kanalizasiya qazıb, daş daşıyıb evə çörək gətirirdi. Çox da sakit uşaq idi. Oğlum heç vaxt cinayətə meyilli olmayıb. Evin bir dənə beçəsinin başını kəsməyib. Dəyanət tutulandan sonra çox narahat idi, evdən çölə çıxmadı. Deyirdi ki, ürəyim sıxılır. Bir dəfə cinayəti etiraf etdi. Dedi, ana, tamahımın qurbanı oldum. Yaşlı bir insanın həyatına qəsd edilib, təəssüf ki, o da mənim oğlum tərəfindən törədilib. Bu gün mərhumu həyata qaytarmaq olsa, mən canımı qurban verərəm”.
Şahid ana oğlunun cahilliyinin başına bəla olduğunu düşünür. Deyir ki, onu Dəyanətin verdiyi vədlər aldadıb: “Samir savadsız uşaqdır, hərf tanımır. Dəyanət buna söz verib ki, sənə ev tikəcəyəm, həyat şəraitini yaxşılaşdıracağam. Bu da inanıb. Amma sonra Dəyanət verdiyi vədlərə də əməl etməyib. Bir ana kimi oğlumun bağışlanmasını istəyirəm”.
Proses fevralın 21-i davam edəcək.
Xatırladaq ki, hadisə 2011-ci ildə baş verib. İttihama görə, həmin vaxt “Təfəkkür Universitetinin” rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariel Əhmədovun qətlini sifariş verib. Sifarişin təşkilatçısı bacısı oğlu Dəyanət Quliyev, icraçısı isə D.Quliyevin qonşusu Samir Quliyev olub.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qafqazinfo
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












