Bir vaxtlar mövcud olmuş Bakı-Naxçıvan dəmiryolu xəttindən geri qalanlar - FOTOREPORTAJ

Fotolar çəkilən məkan - Zəngilan rayonunun Ağbənd qəsəbəsidir.
Bu ərazidən Qərbi Zəngəzurun Mehri rayonuna mənzərə açılır. Araz çayı boyunca solda İran ərazisi (Mərzabad kəndi), sağda isə Mehri rayonu yerləşir.
Çay sahilində qırmızı damlı tikili Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda dislokasiya edilən sərhəd qoşunlarının zastavasıdır.
Çay boyunca keçən yol keçmiş Bakı-Naxçıvan dəmir yolunun yatağıdır. Hazırda dəmir yolundan əsər-əlamət qalmayıb.
Sağ tərəfdəki yüksəkliyin ətəyi ilə keçən asfalt örtüklü yol isə keçmiş Bakı-Naxçıvan avtomobil yolu olub. Yolun üzərindəki postda Ermənistan bayrağı ilə yanaşı Rusiya bayrağı da ucaldılıb. Əldə edilən məlumata görə, postda Rusiya sərhədçilər xidmət aparır.
Yolun üzərində görünən texnika qalıqları Ermənistan silahlı qüvvələrinə məxsusdur. Hərbi texnika 44 günlük müharibə zamanı məhv edilib.
Dağın ətəyində görünün kənd - Mərzabaddır.
“Global Photo Stock”un əməkdaşı ərazidən fotolar lentə alıb.
Həmin görüntüləri təqdim edirik:
Daha çox foto burada: Photostock.az
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












