BNA əməkdaşları yolda qalan jurnalistə belə kömək etdi - FOTO

"Bu gün saat 19-radələrində karantin qaydaları çərçivəsində Koroğlu dairəsindən şəhər istiqamətində hərəkətdə olarkən, digər sürücülərin xəbərdarlığı sayəsində maşının təkərinin boşaldığını bildim və ən uyğun yerdə təcili hərəkəti saxlamalı oldum."
Avtosfer.az xəbər verir ki, bunu jurnalist Günel Bəhramqızı öz Facebook hesabında yazıb. Jurnalist bildirib ki, uzağa gedə bilmədiyi və mövcud şəraitə görə xidmət göstərən servis tapa bilməyəcəyi üçün bir neçə metr irəlidə polis postu və BNA-nın əməkdaşları xidmətdə olduğunu görüb. "Yaxınlaşdım, təcili maşını kənara çəkməyim üçün mənə boş ərazi göstərdilər. 3 nəfər BNA əməkdaşı maşından düşməyimə belə imkan vermədi, 15 dəqiqə ərzində avtoservisdəki ustalardan geri qalmadan, peşəkarcasına, ən əsası isə canla-başla problemi həll edib məni yola saldılar. İlk dəfə idi belə bir hadisə ilə rastlaşırdım və mənə görə belə çıxılmaz vəziyyətdən bu qədər tez, özüdə mədəni, nəzakətli rəftarla çıxmaq lap möcüzə idi. Sonda günün qəhrəmanlarından bir də təşəkkür fotosu çəkməyimizi və paylaşıb onlara belə təşəkkür etmək istədim.
Jurnalist BNA rəsmisi, eyni zamanda həmkarımız Mais Ağayevə də təşəkkür edib.
Orxan
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ














