BNA-nın operatoru vətəndaşı bu cür təəccübləndirdi

Bakı Nəqliyyat Agentliyinin qaynar xətt xidmətindən istifadə edən gənc tələbə Təhminə, öz təəssüratını bizimlə bölüşüb. O, Avtosfer.az-a bildirib ki, qaynar xətdə xidmət aparan operator xanım müraciəti çox aydın şəkildə cavablandıraraq onun mənzil başına çatmasının rahat yolunu izah edib. Gənc xanımın redaksiyamıza verdiyi məlumatı olduğu kimi sizə çatdırırıq:
"Gənclik metrosunun yanından Heydər Əliyev prospektində yerləşən Qafqaz Biznes Center-ə getmək istəyirdim. Lakin həmin yerə hansı marşrutun getdiyini bilmirdim. Zəng etdim BNA-ya və operatorun cavabı məni çox təəccübləndirdi. Operator xanım mənə bildirdi ki, “Gənclik metrosundan Qafqaz Business Center-ə 38 nömrəli avtobusla gedə bilərsiniz, amma bu halda piyada 1 km yol getməli olacaqsınız. Məsləhət görərdik ki, Koroğlu metro stansiyasının piramida çıxışından çıxıb 1 nömrəli avtobusla gedəsiniz, bu halda piyada 100 metr məsafə qət etməklə təyinat nöqtəsinə çatacaqsınız. Operatorun bu cür diqqətinə və dəqiq xidmətinə görə BNA-nın rəhbərliyinə, o cümlədən bütün heyyətə dərin təşəkkürümü bildirirəm".
Təbriz
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












