“Boeing” boltları bərkidilməyən təyyarələrə görə proqram menecerini işdən çıxartdı

“Boeing” şirkəti “737 MAX” təyyarə proqramının menecerlərindən birini işdən çıxarıb.
Avtosfer.az xəbər verir ki, “737 MAX” proqramının vitse-prezidenti və ABŞ-ın Renton şəhərindəki yekun montaj zavodunun baş meneceri Ed Klark tutduğu vəzifədən uzaqlaşdırılıb. Onu Kommersiya Hava Yolları Departamentinin vitse-prezidenti Keti Rinqqold əvəzləyib.
Şikətdən verilən məlumata görə, kadr dəyişiklikləri istehsal olunan təyyarələrin keyfiyyətinə və təhlükəsizliyinə diqqəti artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, yanvar ayında Alyaska Hava Yollarına məxsus “737 MAX 9” təyyarəsi Portlend hava limanında məcburi eniş edib. Buna səbəb uçuş zamanı təzyiqin azalması və gövdənin bir hissəsinin qapı ilə birlikdə çıxması olub. Bu tipli təyyarələrin uçuşları dayandırılıb və yoxlamalara başlanılıb. Daha sonra təyyarələrdə boltların boş olduğu, yerinə yaxşı bərkidilmədiyi aşkarlanıb.
Məhəbbət Tərlanoğlu
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












