“Boeing”lə bağlı araşdırmalara başlanılıb

ABŞ Federal Mülki Aviasiya Administrasiyası “Boeing 787 Dreamliner” təyyarəsinin sınaqları zamanı sənədlərin mümkün saxtalaşdırılması ilə bağlı “Boeing” şirkətinə qarşı yeni araşdırmaya başlayıb. “Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi qurumun bəyanatına istinadən məlumat verib.
Tənzimləyici “Boeing” işçilərinin qanadların təyyarənin gövdəsi ilə birləşdiyi yerlərdə bərkitmə və yerləndirmə işləri ilə bağlı bütün sınaqları yerinə yetirib-yetirmədiyini araşdırmağı planlaşdırır. Məlumata görə, şirkətin əməkdaşları texniki sənədləri saxtalaşdırmaqda şübhəli bilinirlər.
“Boeing” nümayəndəsinin sözlərinə görə, bir neçə əməkdaş həqiqətən də korporativ siyasəti pozub və tələb olunan sınaqları keçirməyib, lakin bu, uçuşların təhlükəsizliyinə təhlükə yaratmayıb.
Xatırladaq ki, 2024-cü ilin əvvəlində ABŞ-nin “Alaska Airlines” aviaşirkətinə məxsus “Boeing 737 MAX” təyyarəsində uçuş zamanı qapı yerindən çıxaraq havalanıb. Kabin təzyiqi pozulduğuna görə təyyarə Oreqon ştatının Portlend şəhərində təcili eniş etməli olub.
Daha sonra Amerika mediası şirkətin əleyhinə ifadə verən “Boeing”in keyfiyyətə nəzarət üzrə keçmiş mühəndisi Con Barnettin avtomobilində ölü tapıldığını yazıb. Həmin şəxs məhkəmədə mütəxəssislərin təyyarələrdə nasaz hissələri quraşdırdıqlarını bildirmişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












