Bolqarıstan və Rusiya Ukrayna helikopterinin təmirinə görə qarşı-qarşıya gəlib

Moskvanın yerli şirkətlərə Rusiya istehsalı helikopterlərin təmirinə verilən icazələri dayandırmaq qərarı Bolqarıstanın müdafiə qabiliyyətinə ciddi təsir göstərməyəcək. Ordu.az xəbər verir ki, bunu Bolqarıstan müdafiə naziri Draqomir Zakov bildirib.
O, Bolqarıstanın Ukrayna hərbi texnikasının təmirini davam etdirəcəyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO və Avropa İttifaqına üzv ölkələrin Ukraynaya silah və hərbi texnika tədarük etdiyini və onların Şərqi Avropadakı zavodlarda təmirini planlaşdırdıqlarını bildirib. O, buna cavab olaraq qeyd edib ki, Rusiya iki Bolqarıstan şirkətinə və bir Çex firmasına Rusiya istehsalı olan helikopterlərin təmiri və texniki xidmətini həyata keçirmək üçün icazəni dayandırır.
Bu isə o deməkdir ki, Rusiya artıq ehtiyat hissələri təmin etməyəcək.
Bolqarıstan əvvəllər birbaşa silah göndərməkdən imtina etsə də, öz hərbi zavodlarında Ukrayna hərbi texnikasını təmir etməyə razılıq verib.
Zakov bildirib ki, Moskvanın bu qərarı Bolqarıstana ciddi təsir etməyəcək və onun Ukrayna hərbi texnikasının təmirinə mane olmayacaq.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək











