Bolqarıstanda Gəncə hadisələri nəticəsində həlak olmuş insanları yad etmək məqsədilə guşə yaradılıb - FOTO

Azərbaycanın Bolqarıstandakı Səfirliyinin önündə Gəncə hadisələri nəticəsində həlak olmuş insanları yad etmək məqsədilə guşə yaradılıb.
Azərbaycanın Bolqarıstandakı Səfirliyindən Avtosfer.az-a verilən məlumata görə, 11 və 17 oktyabr 2020-ci il tarixlərində təcavüzkar Ermənistan tərəfindən gecə vaxtı Gəncə şəhərinin sıx məskunlaşmış ərazilərinin qadağan olunmuş raketlərlə atəşə tutulması və digər şəhərlərimizdə mülki əhalinin hədəfə alınması ilə bağlı məlumatların Bolqarıstan ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin önündə Gəncə hadisələri nəticəsində həlak olmuş insanları yad etmək məqsədilə guşə yaradılmışdır. Eyni zamanda, Səfirliyin inzibati binasının divarlarına Ermənistan tərəfindən mülki əhaliyə təcavüzü özündə əks etdirən şəkillər yerləşdirilib.
20 oktyabr 2020-ci il tarixində Türkiyənin Bolqarıstandakı səfiri Aylin Sekizkök və səfirliyin əməkdaşları sözügedən guşəni ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Daha sonra Səfirlikdə çay süfrəsi ətrafında qarşı tərəfə ölkəmizdə baş verən son hadisələr və Ermənistanın mülki əhaliyə qarşı xain hücumları müzakirə edilmişdir. Bolqarıstan Müsəlmanları Ali İslam Şurasının sədri Vedat Əhməd başda olmaqla Bolqarıstan Respublikası Müsəlmanlar Dəyanəti Baş Müftiliyinin əməkdaşları guşəni ziyarət edərək həlak olanlar üçün dualar ediblər.
21 oktyabr 2020 tarixində isə Bolqarıstanda yaşayan diaspora nümayəndələrəmiz və yerli mətbuatın iştirakı ilə anım mərasimi təşkil olunmuşdur. Mərasimdə Pakistanın Bolqarıstandakı səfirliyinin müşaviri və ölkəmizə dost münasibət bəsləyən bolqarlar da iştirak etmişlər. Tədbir iştirakçılarını salamlayan səfir Nərgiz Qurbanova Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək Ermənistanın Dağlıq Qarabağ bölgəsindən əlavə ətrafında yerləşən və ermənilərin heç yaşamadığı yeddi rayonu işğal etməsi faktına diqqət çəkilmiş, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığı, burada qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı, Ermənistanın Azərbaycan kəndlərinə və mülki əhalisinə daimi atəş açdığını, Gəncə hadisələrinin buna əyani sübut olduğunu bildirmiş və bolqar mətbuatını XXI əsrdə insanlıq əleyhinə törədilmiş bu cinayətə göz yummamağa səsləmişdir. Bolqarıstanda yaşayan Azərbaycan icmasının nümayəndələri və ölkəmizə dost münasibət bəsləyən bolqarlar da yerli mətbuata müsahibələr verərək bu hücumları qəti şəkildə qınamışlar. Tədbiri Bolqarıstan Milli Televiziyası (BNT), Bolqarıstan Milli Radiosu (BNR), “Nova” televiziya kanalı, “Eurocom” “Alfarss”, “Focus-News”, “Standart”, “Novinata” və “Fakti” xəbər portalları işıqlandıraraq xəbərlər yayımlamış və məqalələr dərc ediblər:
- https://bntnews.bg/news/posolstvoto-na-azerbaijan-u-nas-otdade-pochit-kam-zaginalite-sled-izstrelyana-ot-armeniya-balistichna-raketa-1079457news.html
- https://bnr.bg/horizont/post/101360538/podnesoha-cveta-v-pamet-na-jertvite-ot-gandja-pred-posolstvoto-na-azerbaidjan
- http://alfarss.net/1603288558.html
- https://nova.bg/news/view/2020/10/21/303097/%D0%B0%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%86%D0%B8-%D1%81%D0%B5-%D0%BF%D0%BE%D0%BA%D0%BB%D0%BE%D0%BD%D0%B8%D1%85%D0%B0-%D0%BF%D1%80%D0%B5%D0%B4-%D0%B6%D0%B5%D1%80%D1%82%D0%B2%D0%B8%D1%82%D0%B5-%D0%B2-%D0%B3%D1%80%D0%B0%D0%B4-%D0%B3%D1%8F%D0%BD%D0%B4%D0%B6%D0%B0/
- https://eurocom.bg/new/v-pamet-na-zhertvite-vzpomenatelen-kt-pred-posolstvoto-na-azerbaydzhan
- https://www.standartnews.com/balgariya-obshtestvo/kt-za-zhertvite-na-armenskite-raketi-440279.html#
- http://m.focus-news.net/?action=news&id=2815461
- https://novinata.bg/obsthestvo/posolstvoto-na-azerbaydjan-pochita-jertvite-ot-gqndja/
- https://m.fakti.bg/world/521220-azerbaidjan-obvini-armenia-vav-voenno-prestaplenie
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO

















