"Bolt"un sürücüsünün hərəkəti videoya çəkildi, müzakirələrə səbəb oldu - "Nəvəsi yaşda müştərisinə əxlaqsız təkliflər edir..."

"Mənə video göndərdilər, baxdım, xəcalət çəkdim… Təxminən 50-55 yaşlarında olan "Bolt" sürücüsü qızı yaşda, bəlkə də nəvəsi yaşda müştərisinə əxlaqsız təkliflər edir. Ayıbdır, ayıb! Ümumiyyətlə "Bolt" taksi şirkətindən çox şikayətlər gəlməkdədir".
Avtosfer.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyası sədrinin müavini Aslan Həmidli bildirib.

O, "Bolt"dan edilən digər şikayətlərə də toxunub: "Sürücülər icra etdikləri kart sifarişləri nəticəsində toplanmış pullarını "Bolt"dan ala bilmir. 20 faiz komissiya sürücülərdən tutulduğu deyilsə də, əslində sürücülər aldadılır və 23-25 faiz komissiya tutulur. Digəri də bayaq qeyd etdiyim kimi, bəzi sürücülərin əxlaqsız təklifləri... Nə edək? Xanım ailə üzvlərimizi, dostlarımızı taksiyə əyləşdirməyək? Ümumiyyətlə, bu əxlaqsızlığa, oğurluğa nakişiliyə cavab verən olacaq?! Kişiliyiniz olsun! Buradan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə xüsusi təşəkkür düşür. Bu tip “taksi sürücülərinə” qarşı zamanla qanuna müvafiq olaraq reydlər keçirdiyi üçün… "Bolt" taksi şirkətinə isə böyük hərflərlə ayıb olsun! Oğurluqları az idi, indi də belə... Buradan "Bolt" müştərilərinə səslənirəm: Bu tip əxlaqsız şirkətləri boykot edin. İmkan verməyin ki, bu əxlaqda şirkət sizə, ailə üzvlərinizə xidmət göstərsin".
Pravda.az
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












