Boş torpağı olanlar üçün VACİB XƏBƏR: Bu zaman icazə veriləcək - VİDEO

Azərbaycan Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı ilə müəyyən edilmiş və 2023-cü il iyunun 1-nə qədər tikilmiş qeyri-yaşayış sahələrinin sahiblərinə mülkiyyət sənədlərinin təqdim edilməsi qaydaları açıqlanıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Fərmana əsasən, sözügedən binaların sahibləri 2025-ci il yanvarın 1-dək Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumlarına müraciət edə bilərlər.
Müraciət 1 iş günündə Dövlət Xidmətinə göndərilir və 15 iş günü ərzində yer quruluşu planı tərtib edilir. Tikinti və onun yerləşdiyi torpaq sahəsinin planı elektron qaydada FHN-ə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin qeyri-yaşayış binasının sahibinə göndərilir.
Əmlak sahibi isə tikinti layihəsinin memarlıq planlaşdırma bölməsini, qeyri-yaşayış binasının yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadrat metrdən çox olduqda isə mühəndis-axtarış işlərinə dair hesabatları və layihənin konstruksiya bölməsini FHN-ə təqdim etməlidir.
FHN 15 iş günü müddətində qeyri-yaşayış binasının istismara yararlılığını müayinə edərək rəy verir. Rəy və yerquruluşu planı elektron qaydada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Komitənin tabeliyindəki Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərilir.
Sənədlər üç iş günü müddətində təhlil edilir. Komitə və ya müvafiq yerli icra hakimiyyəti orqanı 5 iş günü müddətində qeyri-yaşayış binasının istismarına icazə verir və bu barədə məlumatı Tikintilərin Dövlət Reyestrinə göndərir.
İcazə sənədi üç iş günü ərzində Dövlət Xidmətinə göndərilir, qeyri-yaşayış binasına mülkiyyət hüququ dövlət qeydiyyatına alınır və çıxarış verilir.
Sözügedən qaydalarla isə aşağıdakı videoda tanış olmaq mümkündür:
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












