Böyük Britaniya səfiri AZAL-ın pilotu kimi - VİDEO

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı ilə London arasında uçuşlarının tezliyinin artırılmasına həsr olunmuş videoçarx hazırlanıb.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Videoda səfir Fergus Auld AZAL-ın uçuş heyətinin kapitanı obrazında çıxış edib. Burada diplomatın Heydər Əliyev Beynəlxalq Aeroportuna gəldiyi, “Boeing Dreamliner 787” təyyarəsinə mindiyi və pilot kabinəsinə baş çəkdiyi əks olunur.
“Böyük Britaniyanın Azərbaycandakı səfiri kimi mən bu ilin mart ayından etibarən Bakı ilə London arasında AZAL-ın uçuşlarının sayının artmasını və həftədə altı reysə çatdırılmasını məmnuniyyətlə qarşılayıram”, - deyə səfir bildirib.
Onun sözlərinə görə, yeni reyslər iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə töhfə verəcək, ticarət, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq üzrə geniş imkanlar yaradacaq.
Bu video Azərbaycan ilə Böyük Britaniya arasında aviasiya əlaqələrinin möhkəmlənməsini, həmçinin aviadaşımaların inkişafının əhəmiyyətini vurğulayır.
AZAL martın 17-dən London Qetvik Hava Limanına yeni reyslər həyata keçirməklə Bakı-London-Bakı marşrutu üzrə uçuşların tezliyini həftədə 6 reysə çatdıracaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












