Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb

Böyük Britaniyanın Müdafiə Nazirliyi SSN AUKUS sualtı qayıq tikintisi proqramının bir hissəsi olaraq 4 milyard funt sterlinq (4,8 milyard ABŞ dolları) dəyərində yeni müqavilə imzalayıb.
Bu barədə ölkənin müdafiə naziri Qrant Şepps hakim Mühafizəkarlar Partiyasının Mançesterdə keçirilən qurultayında bildirib.
“Bu gün elan edə bilərəm ki, Kral Dəniz Qüvvələrinin tarixində ən güclü hücum sualtı qayıqlarının inkişafını sürətləndirmək üçün aparıcı Böyük Britaniya şirkətləri ilə 4 milyard funt sterlinq dəyərində müqavilə imzalamışıq”, - o deyib.
İngiltərə Müdafiə Nazirliyinin saytında verilən açıqlamada müqavilənin BAE Systems, Rolls-Royce və Babcock Marine şirkətləri ilə imzalandığı bildirilir. Britaniyanın Astute sinifli sualtı qayığının modifikasiyası olan ilk SSN AUKUS-un 2030-cu illərin sonunda Kral Donanması ilə xidmətə girəcəyi gözlənilir.
AUKUS - 2021-ci ildə qurulan Avstraliya, Böyük Britaniya və ABŞ təhlükəsizlik tərəfdaşlığıdır. Bu tərəfdaşlığa, o cümlədən, Kanberra üçün nüvə sualtı qayıqlarının tikintisi və digər birgə hərbi inkişaflar daxildir.
oxu.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












