Britaniyanın hərbi donanmasının flaqman gəmisində yanğın olub

Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin flaqmanı olan “HMS Queen Elizabeth” təyyarədaşıyan gəmisində yanğın baş verib.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, gəmi Şotlandiyanın Qlenmullan limanında olarkən yaşanıb.
“Gəmi yanğından cüzi ziyan görüb və yanğın artıq söndürülüb”, - Kral Hərbi Dəniz Qüvvələrinin sözçüsü bildirib.
Məlumata görə, yanğın təyyarədaşıyan gəminin qarderobunda baş verib. Hadisənin səbəbləri müəyyənləşdirilir.
Qeyd edək ki, texniki problemlərə görə NATO-nun “Steadfast Defender 24” təlimində iştirak edə bilməyən “HMS Queen Elizabeth” təyyarədaşıyan gəmisi təmir üçün Şotlandiyanın Rosayt şəhərindəki gəmiqayırma zavoduna göndərilir. O, burada təmir olunacaq. Hazırda gəmi sursatları boşaltmaq üçün dəniz anbarlarının yerləşdiyi Qlenmullanda dayanıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












