BŞİH və "Regional İnkişaf" İctimai Birliyi Binəqədi rayonunda monitorinq keçirib - FOTO

Birgə monitorinqlər Binəqədi rayonunda davam etdirilib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında aparılan birgə monitorinqlər Binəqədi rayonunda davam etdirilib.
Avtosfer.az xəbər verir ki, İcra hakimiyyətinin əməkdaşları və RİİB könüllülərindən təşkil edilmiş monitorinq qrupları rayon ərazisində mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində reydlər keçiriblər.
Monitorinqlər zamanı küçə və prospektlərdə, park və məhəllələrdə aparılan müşahidələrin nəticəsindən asılı olaraq yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır.
Növbəti mərhələdə hazırlanan təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq əsasında reallaşdırılması üçün tədbirlər görüləcək.
Xatırladaq ki, daha əvvəl Səbail, Yasamal və Nərimanov rayonlarında keçirilmiş monitorinqlərin nəticələri əsasında bir sıra küçə və prospektlərdə səkilər təmir edilmiş, ağaclar budanmış, yaşıllıqlar salınmış, işıqlandırma sistemləri qurulmuş və digər abadlaşdırma işləri görülmüşdür.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












