BTC ilə yanvar-fevralda 4,4 mln. tondan çox neft nəql edilib

Bu ilin yanvar-fevral ayında Azərbaycanda magistral neft kəmərləri ilə 5 800,5 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,8% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 76,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və yanvar-fevral aylarında kəmər vasitəsilə 4 437,2 min ton neft ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,8%-lik azalma).
"Dövr ərzində BTC kəməri ilə 393,1 min ton tranzit nefti də (45,7% azalma – red.) nəql edilib", - məlumatda deyilir.
Qeyd edək ki, ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.
Xatırladaq ki, "BTC Co."nun səhmdarları sırasına isə BP (30,1%), "AzBTC" (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləri yer alıb.
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb










