BTQ Türkiyə-Azərbaycan ticarət dövriyyəsini 15 milyard dollara çatdıracaq

“Sürət qatarlarına və adi xətlərə yeni investisiyalar qoyaraq 2023-cü ilə qədər Türkiyənin dəmir yolu şəbəkəsini 16,675 min km-ə çatdıracağıq”
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu deyib.
Onun sözlərinə görə, hökumət qarşıdakı 3 il ərzində dəmir yollarının sərnişindaşımalardakı payını 2,5 faiz bəndi artıraraq 1,3%-dən 3,8%-ə çatdırmağı planlaşdırır: “Mövcud xətlərimizi bərpa etmək və xidməti yaxşılaşdırmaq, ağıllı və əlavə dəyər yaratmaq üçün milli texnologiyalar istehsal etmək üçün böyük sürətlə çalışırıq”
İndiyə qədər ümumilikdə 403 yeni nəsil milli yük vaqonunun istismara verildiyini, bundan başqa, bu rəqəmə 100 yük vaqonunun da əlavə olunacağnı bildirən A.Karaismailoğlu vurğulayıb ki:
“2023-cü ilə qədər Türkiyə, Azərbaycan və Gürcüstanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti, Türkiyə və Azərbaycanın müəyyənləşdirdiyi 15 milyard ABŞ dollarlıq ticarət hədəfinə töhfə verəcək”
O qeyd edib ki, Türkiyə 2003-2020-ci illərdə dəmir yollarına 169,2 milyard lirə (21,5 milyard ABŞ dolları) investisiya qoyub.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












