Bu avtobuslarda gediş haqqı BAHALAŞDI

Yeni Müşfiq qəsəbəsindən, Sumqayıt istiqamətində hərəkət edən 1 nömrəli avtobus sərnişinlərdən əlavə gediş haqqı alır. Ələddin Hacıyev adlı şəxs A24.Az-a ünvanlandığı şikayətdə bildirib ki, marşrut məsafədən asılı olmayaraq sakinlərdən 50 qəpik tələb edir. "5 metr də getsən, 3 metr də getsən, Sumqayıta da getsən 50 qəpik istəyir. Şikayətlənəndə dava edir ki, bu marşrut deyil. Marşrut deyilsə niyə işləyir? Əvvəllər 521-lər vardı. İntervalı 11 dəqiqə idi, dediş haqqı məsafəyə uyğun alınırdı, sakinlər razı idi. Yayda 1 nömrələr aldı yolu. Eyni istiqamətdə hərəkət edir. Hətta məsafəsini qısaldıblar. İndi Avtovağzaldan, Sumqayıta gedir. Amma insanları incidirlər"- deyə şikayətçi bildirib.
Bakı-Sumqayıt şəhərləri üzrə işləyən 1 nömrəli marşrutdan şikayət bununla bitmir. Marşrutun həcmi, uzun məsafə üzrə mərəkət edən digər marşrutların həcminə görə çox kiçikdir. Nəticədə 20 dəqiqədən bir işləyən marşruta yerləşə bilmək üçün sərnişinlər dəfələrlə avtobus ötürməli olurlar. Bu da onların saatlarla yolda qalmasına gətirib çıxarır.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da zəngimizə cavab verən tapılmadı.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












