“Bu, bir daha erməni faşizmini nümayiş etdirir”

10 oktyabrda elan edilmiş humanitar atəşkəsə baxmayaraq, Ermənistan silahlı qüvvələri bu gün gecə radələrində Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yaşayış binalarına raket hücumu təşkil edib. İlkin rəsmi məlumata görə, 7 mülki vətəndaş həlak olub, 34 nəfər xəsarət alıb.
Avtosfer.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə erməni terroru nəticəsində yaralanan Gəncə şəhər sakini Əli Məmmədov Anadolu Agentliyinə açıqlamasında bildirib ki, öncə güclü partlayış səsi eşidilib, daha sonra ev uçub:
“Biz düşündük ki, zəlzələ oldu, dağıntıların arasından çətinliklə çıxdıq. Raket yaxınlıqdakı bir evin üzərinə düşdü. Qadınları və uşaqları hadisə yerindən uzaqlaşdırmağa çalışdıq”.
Qadınlardan biri isə qeyd edib ki, iki uşağı və anası ağır yaralanıb: “Uşaqlarım hazırda xəstəxanadadır”.
Gəncə sakini İlham Abbasov bildirib: “Erməni əsgərlərinin cəsədlərini toplaya bilməsi üçün humanitar atəşkəsə razılaşdıq. İlk fürsətdə vurdular. Bu, bir daha erməni faşizmini nümayiş etdirir”.
Abbasov raket zərbəsinin sırf yaşayış məntəqələrinə edildiyini vurğulayıb: “Burada hərbi qərargah varmı? Burada qadınlar və uşaqlar yaşayır, hətta yaxınlıqda bir park var”.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












