Bu dəfə tərsinə oldu: Taksi sürücülərinə pul vermir, onlardan pul alırlar

Çox zaman sərnişinlər taksi sürücülərindən şikayətlənsə də, bu dəfə taksi sürücüləri şikayətçi olub.
Onların sözlərinə görə, dələduzluq halları artır. Adının çəkilməsini istəməyən taksi sürücüsü ona qarşı edilən dələduzluqdan Cebhe.info-ya danışıb. Onun sözlərinə görə, belə hallarla tək özü yox, digər sürücülər də rastlaşırlar.
Belə ki, dələduzlar sürücülərdən kiçik miqdarda pul almaq üçün min bir fırıldaq düşünürlər. Nəticədə sürücülərə kiçik də olsa ziyan dəyir. Edilən dələduzluq məbləği kiçik olduğundan sürücülər müvafiq orqanlara şikayət etmir.
Adının çəkilməsini istəməyən sürücü bildirib ki, oktyabr ayının 20- si zənglə sifariş götürüb və ünvana gedib. Sifarişçi ünvana ehtiyat hissələrinin çatdırılacağını deyib:
“Avtomobilə ehtiyat hissələri gətirmişdi. Mən sifarişi kimə çatdırilmali olduğumu soruşduqda, özünü mənə maşın ustası və əlil kimi təqdim etdi. Mən də inandım. Mənə bildirdi ki, ehtiyat hissələrini Sumqayıta, verdiyi ünvana aparmalıyam.
“Əlim mazutludur, həm də bir qolum yoxdur. Mənə də 10 manat ver, orada sənə 20 manat verəcəklər. 7 manat taksi qiymətidir”,-dedi.
Əşyanı aparacağım usta da mənə zəng edib bildirdi ki, narahat olma, birinci dəfə deyil ki, sürücülər belə sifariş götürür. Məni dilə tutdular, yalvarmaqla, xahiş- minnətlə razı saldılar. Sifarişi çatdırandan sonra nömrələrinə zəng çatmadı. Anladım ki, dələduzluğun qurbanı oldum. Mənə çatdırılma üçün verilən ehtiyat hissləri isə zibil qutusuna atılacaq qədər yararsız imiş . Dostlarım da mənə bildirdilər ki, az məbləğ olduğundan polisə şikayətə baxmayacaq. Şirkətə zəng etdim, nömrələri bloka atdılar”.
Belə halların qurbanlarının çox olduğunu deyən sürücü digər sürücülərə diqqətli olmağa çağırıb.
Xatırladaq ki, Daxili İşlər Nazirliyindən bunabənzər məsələlərlə bağlı mətbuat açıqlamada bildirilib ki, xırda xuliqanlıq hallarına çox saylı şikayət gəldiyi halda polis sürətli axtarışa başlayır. Axtarış sonunda dələduzluqda təqsirli bilinən şəxs barədə inzibati qaydada cinayət məsuliyyətinə cəlb edilir.
Vəkil Turan Abdullazadə Cebhe.info-ya deyib ki, dələduzlara qarşı mübarizə üsulları və metodikaları təkmilləşdirilməlidir:

"Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu məcəllədə nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır.
İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məcəllənin 227-ci maddəsində göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir”.
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ











