Bu DİPLOMLAR tanınmadı

Fevral ayı üzrə xaricdə təhsil alan 265 müraciətçinin 244-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 21 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindənverilən məlumata görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, dövlət nümunəli olmayan diplom üzrə 3, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 2, təhsil forması üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 77, Rusiya Federasiyasından 69, Türkiyə Respublikasından 68, Gürcüstandan 13, Macarıstandan 9, İtaliyadan 7, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 6, Amerika Birləşmiş Ştatlarından 4, Belçikadan 2, Çin Xalq Respublikasından 2, Belarusdan 1, Fransadan 1, Hindistandan 1, İsveçdən 1, Kiprdən 1, Litvadan 1, Polşadan 1, Slovakiyadan 1 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 41, maliyyə üzrə 23, beynəlxalq münasibətlər üzrə 18, menecment üzrə 18, hüquqşünaslıq üzrə 15 müraciətçi qeydə alınıb.
Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 13 iş günü təşkil edib. (“Qafqazinfo”)
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












