"Bu görməmişlikdir, biabırçılıqdır" - Açıqlama

Qəbələdə istirahət mərkəzlərinin birində nəqliyyat vasiətlərinin həm girişi, həm də çıxışı üçün pul tələb olunması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Correct.az xəbər verir ki, sosial şəbəkələrdə istirahət mərkəzlərinin birində nəqliyyat vasitələrinin girişi və çıxışı üçün pul tələb olunmasını əks etdirən fotoşəkillərin yayılması etiraz və tənqidlə qarşılanıb.
İstifadəçilər bildiriblər ki, nəqliyyat vasitələrinin həm girişi, həm də çıxışı üçün pul tələb olunması özbaşınalıqdır.
Məsələ ilə bağlı Correct.az-a açıqlama verən yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu ilk belə hal deyil və belə halların yaşanması sadəcə olaraq biabırçılıqdır:
"Bir çox yerlərdə bu kimi hallarla qarşılaşırıq, yəni bu birinci hal deyil. Bəzi yerlər var ki, məsələn Göygöl istirahət mərkəzi. Orada adam sayına görə 2 manat ödəniş tələb olunur Ekologiya və təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən. Bundan dolayı istirahət mərkəzinin ərazisində park etmək üçün xüsusi yerlər var ki, ona görə də əlavə ödəniş alınır. Belə hallar bizim üçün sensasiya deyil. Bunu da bələdiyyələr, yerli icra orqanları edirlər. bu sadəcə olaraq biabırçı mənzərədir. Ola bilər ki, dövlət tərəfindən hansısa bir rüsum müəyyənləşsin giriş üçün. lakin girişdə ödəniş etdikdən sonra yenə giriş üçün pul tələb olunması biabırçılıqdır. Üstəlik bu azmış kimi çıxışda da pul alınması rəzalətdir, belə görməmişlik olmaz. Turizm inkişaf edir, turistlər gəlir deyə bu qədər həyacanlanıb belə biabırçılıq etmək nəyə lazımdır axı? Mən düşünürəm ki, bu sahədə xüsusi bir qayda-qanun yaratmağın zamanıdır. Əks təqdirdə bu çox pis bir nümunə olacaq. Təsəvvür edin ölkənin ən bahalı yeri sayılan Nizami küçəsində (Tarqovı) dönər 2 manata, 2.5 manata satılır amma Şəkidə, Marxalda, Qəbələdə dönərin birini 5 manata satırlar. Kababın şişi 10 manatdır. Bunlar düşünürlər ki, buraya ərəb gəlir, onları soymaq lazımıdr. Bu nə abırsızlıq, bu nə həyasızlıqdır? Sən ərəbdən girəndə də çıxanda da pul aldın, dönəri 5 manata, kababı 10 manata satdın, pulu var aldı, bəs yerli adamlar, həmyerlilərimiz bunu necə alsın? Belə biabırçılıq olmaz".
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO










