Bu gün eksternat imtahanları keçirildi

Yanvarın 26-da Bakı şəhəri üzrə əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat imtahanları keçirilib.
Bu barədə Avtosfer.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, paytaxtdakı 258 və 47 nömrəli tam orta məktəblərdə təşkil olunan imtahanlarda ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə eksternlər hər birindən 10 sual olmaqla 11 fənn üzrə biliklərini nümayiş etdiriblər. Hər iki səviyyə üzrə rus bölməsində təhsil almış şəxslər əlavə olaraq daha bir fəndən də (Azərbaycan dili) imtahan veriblər.
Eksternat imtahanlarında iştirak etmək üçün BŞTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta təhsil səviyyəsini başa vura bilməyən 322 nəfər, tam orta təhsil səviyyəsini başa vura bilməyən 910 nəfər olmaqla, ümumilikdə 1 232 şəxs qeydiyyata alınıb.
Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri imtahan prosesini müşahidə ediblər.
Prezident Qırğızıstana gedəcək - Media nümayəndələri yola düşdü
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI










