Bu gün şəhid kapitan Ruhin Xəlilovun doğum günüdür - FOTO

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi 37 yaşlı Xəlilov Ruhin Müzəffər oğlunun doğum günüdür.
Oxu.Az xəbər verir ki, Cəbrayıl rayonunun Yuxarı Məzrə kəndində anadan olan Xəlilov Ruhin Müzəffər oğlunun ailəsi 1993-cu ildə Bakıya məcburi köçkün kimi gəlib.
1994-cü ildə Səbail rayonu 203 saylı orta məktəbin birinci sinifinə gedib. 2005-ci ildə Asiya Universitetin Hüquqşunaslıq fakultəsinə daxil olub və 2009-cu ildə oranı bitirib.
2009-2010 cu ildə Goranboy rayonunda N saylı hərbi hissəsdə xidmət edib. Hərbi vəzifəsi qumbaratan olub. 2011-ci ildən Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası İdarəsinə işə qəbul olub.
2011-2016 cil illərdə Biləsuvar Rayonu Məhkəmə Qərarlarının İcrası İdarəsində məhkəmə icraçısı vəzifəsində çalışıb. 2018-2019-cu illərdə İmişli rayonu Məhkəmə Qərarlarının İcrası İdarəsinin rəisi vəsifəsində çalışıb.
2019-2020-ci illərdə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində 1-ci dərəcəli məsləhətçi işləyib. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün aparılan İkinci Qarabağ müharibəsinə könüllü yollanıb.
Qubadlı rayonu istiqamətində geden döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz Ədliyyə Nazirliyinin Təşəbbüsü ilə fəxri xiyabanda dəfn olunub.
Ədliyyə Naziri Fikrət Məmmədov tərəfindən Ruhin Xəlilova Fəxri Ədliyyə İşçisi adı verilib.
Şəhidin vətənə əmanət üç övladı var.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












