Bu il Bakı Limanında 1 milyon ton gübrə aşırılacağı gözlənilir

"Orta Asiya ölkələrinin gübrə ixracı ilə bağlı böyük istehsalı potensialı var. Hazırda isə yalnız Türkmənistan gübrəsi Azərbaycan üzərindən digər ölkələrə göndərilir".
Avtosfer.az xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin departament rəisi Xudayar Həsənli bildirib.
"Gələcəkdə digər Orta Asiya ölkələrinin də ixrac potensialından istifadə edilməsi nəzərdə tutulur. Yəni, digər ölkələrin gübrələri də Azərbaycan üzərindən Qərbə daşına bilər. Ötən il Bakı Limanında 630 ton gübrə aşırmışıq. Bu ilin yanvar-may aylarında isə bu rəqəm 456 min tona yaxın olub və ilin sonuna qədər 1 milyon tona çatacağı gözlənilir”, - deyə o, qeyd edib.
X.Həsənli limanda inşası nəzərdə tutulan gübrə terminalı barədə də danışıb: "Limanda gübrə aşırıılmasında davamlı artım müşahidə edildiyinə görə, terminalın inşa edilməsi planlaşdırılır. Bu terminal illik 2,5 milyon ton aşırma potensialına malik olacaq, gələn ilin sonunda istifadəyə veriləcək və bizə yükləri daha sürətli və çevik aşırmaq imkanı yaradacaq”.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












