Bu ölkə Sovet dövründən qalma döyüş təyyarələrini Ukraynaya verə bilər

Slovakiya avqustun sonunda istismardan çıxarılacaq Sovet dövründən qalma MİQ-29 qırıcılarını Ukraynaya verə bilər.
Avtosfer.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Slovakiyanın müdafiə naziri Yaroslav Nad ingiltərəli həmkarı ilə keçirdiyi görüşdə danışıb.
O, Ukraynaya Sovet istehsalı olan 11 döyüş təyyarəsi bağışlamağı düşünəcəklərini bildirib.
Sözügedən təyyarələrin avqustun sonunda yerə endiriləcəyini deyən Nad, "Hələlik heç bir qərar verilməyib, heç bir müzakirə olmayıb, amma daha sonra bunu müzakirə etməyə hazırıq" söyləyib.
Qeyd edək ki, Slovakiyanın Baş naziri Eduard Heqer iyulun 3-də verdiyi açıqlamada Sovet istehsalı olan MİQ-29-ların F-16-larla əvəzlənəcəyini bildirib və bu təyyarələrin Ukraynaya çatdırılmasına qarşı olmadığını demişdi.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












