Bu ölkədə etibarnamə ləğv edilir, maşına aid sənədlər isə bu cür yoxlanılacaq - YENİLİK

İyunun 1-dən etibarən Türkmənistanda sürücülərin etibarnamə, qeydiyyat şəhadətnaməsi, sığorta və sürücülük vəsiqəsini kağız formatda özləri ilə daşımasına zərurət qalmayacaq.
Avtosfer.az xəbər verir ki, sözügedən tarixdən etibarən yoxlama zamanı polisə şəxsiyyət vəsiqəsinin elektron versiyasını göstərmək kifayət edəcək. Polis bu yolla sürücünün müvafiq sənədlərinin olub-olmamasını məlumat bazasında yoxlayacaq.
Etibarnamə məsələsinə gəlincə, qardaş ölkədə bu sahədə ciddi yüngülləşmə aparılıb. 1 oktyabr 2019-cu ildən etibarən yaxın qohumlar arasında avtomobil idarə etmək üçün etibarnamə tələbi ləğv edilib. Vətəndaş sadəcə olaraq nəqliyyat vasitəsini etibar edəcəyi şəxslərin adlarını və qohumluq dərəcəsini sığorta şəhadətnaməsinə qeyd etdirir. Proses əlavə ödəniş edilmədən aparılır.
Kənar şəxslərə etibarnamə vermək isə onlayn həyata keçirilir, notariat ofisinə getməyə ümumiyyətlə ehtiyac yoxdur. Polis bu sənədi kağız formada sürücüdən tələb edə bilməz, yalnız kompüterdə yoxlaya bilər.
Özbək hüquqşünaslar etibarnamənin mərhələli şəkildə ləğvini təklif edirlər. Onların fikrincə, SSRİ-dən qalma kağız sənəd olmadan da keçinmək mümkündür. Teleqram kanallarında yayılan məlumata görə, Özbəkistanda avtomobil üçün etibarnamə yaxın illərdə ümumiyyətlə aradan qaldırıla bilər.
Vüqar
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












