“Bu, on minlərlə şəxsin pensiya artımına imkan verəcək” - Adil Vəliyev

“Ölkəmizdə son illər ərzində pensiya sistemində bir çox göstəricilər üzrə müsbət dəyişikliklər baş verib və bu proses davam edir”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı çıxışında bildirib.
O, qeyd edib ki, bu sahədə görülən işlərin təməl prinsipini də məhz, sığorta pensiya sisteminin özünəməxsus xüsusiyyətlərinin qorunması şərti ilə, dövlətin öz vətəndaşının yanında olması və onun sosial rifahını hər şeydən üstün tutması təşkil edir:
“Prezidentin tapşırığı ilə bir qayda olaraq büdcəyə proqnozlardan əlavə daxil olan bütün vəsaitlər sosial məqsədlərə yönəldilir. Respublikamızda davamlı olaraq son 7 ildə 5-ci sosial islahat paketi çərçivəsində həyata keçirilən sosial məzmunlu islahatlar ölkə əhalisinin təxminən 10-11 faizini əhatə edən təqaüdçülərin pensiya təminatını da əhatə edir.
Təqdim olunan “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsində edilməsi nəzərdə tutulan dəyişiklik də dövlət başçısının imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 2024-cü il 23 dekabr tarixli Sərəncamanda qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb və ölkəmizdə 2025-ci ildə minimum pensiyanın artırılmasına hədəflənib.
Layihədə təklif edilən dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 14,3 faiz artırılaraq 320 manat məbləğində müəyyən olunur. Bu artım isə on minlərlə şəxsin pensiya artımına imkan verəcək”.
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO










