“Bu seçkilər tarixi hadisədir”

“Müşahidə missiyamıza Qazaxıstan, Qırğızıstan, Türkiyə nümayəndələri ilə yanaşı TÜRKPA katibliyinin də nümayəndələri qatılıb”.
Avtosfer.az xəbər verir ki, bunu TÜRKPA-nın müşahidə missiyasının rəhbəri Osman Mesten deyib.
Onun sözlərinə görə, namizədlərə kampaniyalarının təşkili və çıxışla bağlı bərabər şərtlər yaradılıb. Həmçinin bildirib ki, 30 ilə yaxın davam edən işğal başa çatdıqdan sonra təşkil edilən bu seçkilər tarixi hadisədir.
Mesten qeyd edib ki, TÜRKPA-nın nümayəndə heyəti Bakı ilə yanaşı, Şuşa və Xankəndi şəhərlərində də seçki prosesində müşahidə həyata keçirib: “Missiyamız seçki prosesi ərzində hansısa qanun pozuntusu qeydə almayıb. Seçkinin yüksək səviyyədə təşkil edilməsinin şahidi olduq”.
Missiya rəhbəri vurğulayıb ki, seçkidə fiziki qüsurlu şəxslərin də səs verməsi üçün bütün şərait yaradılıb.
O, İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Ümumilikdə TÜRKPA müşahidə missiyası seçkilərin qaydalara uyğun keçirilməsinin şahidi olduğunu diqqətə çatdırıb.
Qafqazinfo
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












