Bu şəxslər işləmədən 6 ay maaş alacaqlar

"Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sonuncu iclasında Əmək Məcəlləsində dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyyə olundu. Qanunvericiliyə təklif edilən yeni dəyişikliklər ilə sertifikasiya şəhadətnaməsinin əldə edilməsi üçün tibb mütəxəssislərinin öz seçimlərindən asılı olaraq beş ildə bir dəfə imtahanda iştirak etməsi və ya elmi, pedaqoji və digər tədris fəaliyyətləri ilə məşğul olmaqla davamlı peşəkar inkişafını həyata keçirməsi təklif olunur".
Avtosfer.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, illik və beş illik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidirlər:
"Dəyişikliklərdə əsas məqamlardan biri sertifikasiya imtahanından keçməyən işçilərin altı ay müddətində iş yeri və aylıq vəzifə maaşının saxlanılmasıdır. Yəni, sertifikasiyadan keçməyən vətəndaşımızın altı aylıq maaşı saxlanacaq ki, o növbəti, ikinci imtahana hazırlaşa bilsin. Bu zaman onun əmək müqaviləsinə xitam verilməyəcək. Yəni, həmin vətəndaşlarımız sertifikasiyanın birinci mərhələsində uğur qazana bilməsələr, onlar işdən azad edilməyəcəklər. Bu onlara əmək müqaviləsi saxlanmaqla yenidən özünü sınamaq imkanı deməkdir.
Dəyişikliklər sertifikasiyanın birinci mərhələsində uğur qazana bilməyənlərin sosial müdafiəsini qorumaq və eləcə də onlara əmək müqaviləsi saxlanılmaqla yenidən imtahanda iştirak imkanı yaradacaq. Yalnız ikinci cəhdə uğursuz olanların əmək müqaviləsinə xitam veriləcək. Birinci imtahanda sertifikasiyadan keçə bilməyənlərin işdən azad olunmaması sosial ədalət baxımdan da vacib dəyişiklikdir".
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












