Bu şəxslər magistratura pilləsində təhsil haqqından azaddır

Məlum olduğu kimi, ali məktəblərin magistraturasına qəbul imtahanı keçirilib və imtahanın qapalı, həmçinin kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan edilib.
Maraqlıdır, magistratura pilləsi üzrə ödənişli ixtisaslara və MBA üzrə ixtisaslara qəbul olanlardan kimlərə güşəşt edilir? Yəni, kimlər ödənişli ixtisaslarda pulsuz təhsil alırlar?
Elm və Təhsil Nazirliyindən "Azərbaycan müəllimi" qəzetinin sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanunvericiliyə əsasən ödənişli əsaslarla magistratura səviyyəsində təhsil alan və aşağıdakı sosial-həssas qrupdan olan şəxslərin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
1. Məcburi köçkün statuslu şəxslər (dövlət təhsil müəssisələrində);
2. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar (əyani təhsilalma formasında, 23 yaşadək);
4. Şəhid övladları;
5.Şəhid ailəsinin üzvü olan şəxslər (dövlət təhsil müəssisələrində, əyani təhsilalma formasında, 23 yaşadək);
6. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşların uşaqları;
7. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər.
Əlavə olaraq bildirilib ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil haqlarının ödənilməsi üçün əyani təhsil alan tələbələrə güzəştli təhsil kreditləri verilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












