Bu uşaqları ermənilər öldürdü... - FOTO

Sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələri ağır artilleriya və raket qurğularından atəşə tutulur.
Avtosfer.az "Qafqazinfo"-ya istinadənməlumatına görə, erməni vandallığı nəticəsində 65 mülki vətəndaşımız həlak olub ki, onlardan 10-u uşaqdır. 31 uşaq isə erməni təxribatı nəticəsində yaralanıb.
Həlak olanlardan biri də Orxan İsmayılzadədir. 16 yaşlı Orxan bu gün Ermənistanın Tərtər şəhərinə raket hücumu nəticəsində həlak olub. O.İsmayılzadə Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi idi.
.jpg)
2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç isə 17 oktyabr tarixində ermənilərin Gəncəyə "SCUD" tipi raket atması nəticəsində yaralanmışdı. O, 7 gündən sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Rusiya vətəndaşı olan Artur Gəncəyə bibisigilə qonaq gəlmişdi.

Eyni qətliam nəticəsində 15 yaşlı Nigar Əsgərova da həlak olub. Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli məktəbin şagirdi olan Nigarın hadisənin sabahı günü ad günü olacaqdı.
.jpg)
Nigarla yanaşı, onun 10 aylıq xalası qızı Narin Xalıqova və anası Sevil Əsgərova da 17 oktyabr qətliamının qurbanları olub. Ana ilə körpəsi eyni məzarda dəfn edilmişdi... Ümumilikdə isə həmin gecə Əsgərovlar ailəsinin 5 üzvü həlak olub.

17 oktyabrda Ermənistanın Gəncəyə raket hücumu nəticəsində yuxuda ikən həlak olan körpələrdən biri də 1 yaşlı Mədinədir. Həmin gecə Mədininən valideynləri də qətliamın qurbanları oldular. Ailədən geri qalan Mədinənin 3 yaşlı bacısı Xədicə oldu...

İsgəndərov Fərid Dilafət oğlu isə Ermənistan ordusunun Ağcabədinin ağır artilleriyadan atəşə tutması nəticəsində həlak olub. Rayonun Taynaq kənd sakini olan Fərid 9-cu sinif şagirdi idi.
2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova isə sentyabrın 27-dən başlayan erməni təxribatlarının ilk qurbanlarıdır. Hər iki məktəbli Naftalanın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində həlak olub.

Onlar Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbində oxuyub. Şəhriyar 7-ci sinifdə, Fidan isə 9 sinifdə təhsil alıb. Şəhriyar Qurbanov və Fidan Qurbanova ilə birlikdə digər 3 ailə üzvləri də həlak olmuşdu.
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi









