Bu yola kamera quraşdırılmasa ölüm sayı artacaq - VİDEO

Bakının Qala-Pirallahı yolunda sürücülər kütləvi şəkildə qaydaları pozurlar. Avtosfer.az xəbər verir ki, adıçəkilən yolun 2 kilometrlik məsafəsində sürücülər geriyə dönmə yerindən istifadə etmədən əks istiqamətə çıxaraq axına qarşı hərəkət edirlər.
Qeyd edək ki, dəfələrlə həmin yolda ölümlə nəticələnən yol nəqliyyat hadisələri baş verib.
Buna baxmayaraq sürücülər yenə də əks istiqamətdə hərəkət etməyə davam edirlər.
99-GX-125 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü həmin yolda əks istiqamətə çıxıb axına qarşı hərəkət edən zaman kameraya düşüb. Təqdim etdiyimiz videogörüntü iyunun 29-da qeydə alınıb.
Həmin yoldan istifadə edən sürücülər dəfələrlə Avtosfer.az-a şikayət edərək sözügedən əraziyə nəzarət kamerasının quraşdırılması məsələsinin gündəmə gətirilməsini xahiş ediblər.
Ümid edirik ki, sürücülərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti qurumlar tez bir zamanda oraya kamera quraşdıracaq.
Fərid
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












