Bu yolda keçid olmadığı üçün piyadaların həyatı təhlükə altındadır - VİDEO

Bakının daha bir yolunda keçid problemi hələ də qalmaqdadır. Söhbət Heydər Əliyev prospektinin Bağırov körpüsü ilə stadiona qədər olan məsafəsindən gedir. Hər gün bu yoldan yüzlərlə piyada keçsə də, ərazidə nə yerüstü, nə də yeraltı piyada keçidi var. Odur ki, Heydər Əliyev prospektində Bağırov körpüsünün yaxınlığında yolu keçmək istəyən piyadalar hər gün həyatlarını təhlükəyə atmağa məcbur olurlar. Sözügedən ərazidə hərəkət zolaqlarının sayı çox olduğundan yolu keçmək istəyənlərin işi daha da çətinləşir.
Piyadalar deyir ki, yolun bu hissəsində qəzaların çox olması artıq adi hala çevrilib. Sonuncu dəfə bir neçə gün əvvəl iki uşaq anası olan Lalə İmaməliyevanı bu yolda avtomobil vuraraq öldürüb. Hadisə şahidlərinin dediyinə görə, avtomobilin sürəti yüksək olduğundan, piyada bir neçə metr hündürlüyə qalxaraq yerə düşüb və aldığı xəsarətlərdən yerindəcə keçinib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildiriblər ki, mövcud problem barəsində məlumatları var. Pospektin həmin hissəsində piyada keçidinin layihəsi də hazırdır. Dövlət büdcəsindən vəsait ayrıldıqdan sonra işlərin icrasına başlanılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












