Bu yolda nişanlar arasında olan ziddiyyət sürücülərə təhlükə yaradır - VİDEO

Bakı-Qazax yolunda nişanlar arasında ziddiyyət sürücülərə təhlükə yaradır. Bu barədə "Report"a sürücülərdən biri məlumat verib. Belə ki, Bakı-Qazax yolunun Qazax rayonu ərazisində yerləşən dairədə (Olimpiya Kompleksinin yanında) həm Qırmızı Körpü istiqamətində, həm də Bakı istiqamətində 4.3 dairəvi hərəkət nişanı və 2.1 baş yol nişanı var. Lakin Əskipara kəndindən həmin dairəyə daxil olan hissədə heç bir nişan yoxdur.
Belə olan halda isə hər iki yol baş yol hesab edilir. Qırmızı Körpüdən Bakı istiqamətinə hərəkət edən sürücülər baş yol nişanını görərək özlərini üstün sayır, Əskipara kəndindən gələn sürücülərə də heç bir nişan olmadığı üçün adi yolayrıcının keçmə qaydasını, yəni sağdan, Əskiparadan gələn avtomobillərin üstün olduğunu sayaraq yolayrıcına daxil olaraq qəza vəziyyəti yaranır.
Sürücülər ümid edirlər ki, aidiyyəti qurumlar təhlükəli vəziyyəti nəzərə alaraq Əskiparadan gələn nəqliyyat vasitələri üçün 4.3 dairəvi hərəkət nişanı qoyaraq yaranmış problemi həll edəcəklər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












